Nur Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada axirətdə acılı-ağrılı bir əzab var­­dır. Allah bilir, siz isə bilmirsiniz.
Bünyadov-Məmmədəliyev:
Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!
Elmir Quliyev :
Воистину, тем, которые любят, чтобы о верующих распространялась мерзость, уготованы мучительные страдания в этом мире и в Последней жизни. Аллах знает, а вы не знаете.
Ələddin Sultanov:
Möminlər arasında çirkin şeylərin (iftiranın) yayılmasını istəyənlərə gəldikdə, onlar üçün həm dünyada, həm axirətdə şiddətli bir əzab vardır. Allah bilir, siz isə bilməzsiniz.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, amənu olanlar arasında pis bir işin (çirkin hadisələrin, böhtanın) yayılmasını sevənlərə dünya axirətdə şiddətli əzab vardır. Allah bilir siz bilməzsiniz.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, məhəbbətlidirlər ki, fahişəlik şaiyə olsun o kəslərdə ki, inanırlar, onlar üçün ələmli əzab var dünya axirətdə Allah bilir, siz bilmirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə aqibətini) bilir, siz isə bilmirsiniz.
Kövsər Tağıyev:
İnananlar arasında əxlaqsızlığın yayılmasını arzu edənlər ki var, onlar üçün dünya axirətdə ağrılı-acılı bir əzab var. Allah bilir, siz bilməzsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirənlər haqqında iyrənc şayiələrin yayılmasını istəyənlər üçün bu dünyada axirətdə üzücü əzab vardır. Axı Allah bilir, siz isə bilmirsiniz.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, inanan kəslər içində həddi aşmağın, iffətsizliyin yayılmasını sevən kəslər üçün dünyada axirətdə ağrılı bir əzab var. Allah bilir, siz bilməzsiniz.