Nəml Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Süleyman) qarışqanın bu sözünə gülümsədi dedi: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver məni öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!”
Bünyadov-Məmmədəliyev:
(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə mənim özümə ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı görmək üçün ilham (qüvvət) ver! məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!”
Elmir Quliyev :
Он улыбнулся, рассмеявшись от ее слов. Он сказал: "Господи! Внуши мне быть благодарным за Твою милость, которую Ты оказал мне и моим родителям, и совершать праведные деяния, которыми Ты будешь доволен. Введи меня по Своей милости в число Своих праведных рабов".
Ələddin Sultanov:
Süleyman onun sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Həm mənə, həm ata-anama verdiyin nemətə görə şükür etməyim Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh qullarının arasına daxil et!”
Kerbelayi Malik ağa:
Bunun üzərinə (Süleyman ə.s) onun sözünə gülərək təbəssüm etdi. ‘Rəbbim, mənə, ana atama ənam buyurduğun nemətlərə şükür etməkdə Sənin razı olduğun saleh əməl (nəfsi islahedici əməl) işləməkdə məni müvəffəq et. Məni rəhmətinlə saleh qullarının arasına daxil et.’ dedi.
Ələsgər Musayev:
O, təbəssüm etdi gülərək onun sözündən dedi: «Rəbbim, öyrət mənə şükr edim Sənin nemətinə, hansı ki, nemət verdin mənə mənim valideynlərimə ondan ötrü ki, əməllərimi islah edim, hansı ki, Sən ondan razı olasan daxil et məni Öz rəhmətinə, saleh bəndələrinin içərisində olan halda!».
A.Mehdiyev və D.Cəfərli:
Süleyman onun sözünə gülümsəyib (onun kəlamını duyduğuna, məqsədini başa düşdüyünə görə şükr edərək) dedi: «Ey Rəbbim, mənim özümə ata-anama əta etdiyin nemətə şükr etmək Sənin razı qalacağın yaxşı görmək üçün ilham ver (qüvvət ver) məni Öz rəhmətinlə saleh bəndələrinin sırasına daxil et».
Kövsər Tağıyev:
Süleyman onun bu sözünə gülümsəyərək dedi: “Ey Rəbbim! Mənə ata-anama bəxş etdiyin nemətlərə şükür etmək razı qalacağın saleh işlər görmək üçün qəlbimə ilham sal öz rəhmətinlə məni saleh qullarının arasına daxil et!”
M.Qənioğlu və T.Bilaloğlu:
Süleyman onun sözlərinə güldü dedi: “Rəbbim! Mənə mənim valideynlərimə etdiyin yaxşılıq üçün təşəkkür etməyi Səni razı salacaq yaxşı işlər görməyi mənə təlqin et məni Öz mərhəmətinlə əməlisaleh bəndələrinin sırasına daxil et!"
Sabirə Dünyamalıyeva:
Sonra Süleyman, dişi qarışqanın sözünə/qərarına təbəssüm etdi. "Rəbbim! Mənə, ana-atama ehsan etdiyin nemətin əvəzini vermək, razı qalacağın saleh əməl işləmək üçüm könlümə ilham ver Öz mərhəmətinlə məni saleh bəndələrinin arasına daxil et" dedi.