Əlixan Musayev:
Məgər onlar Allahın yaradılmışları əvvəlcə necə xəlq etdiyini, sonra da onları yenidən təkrarladığını görmürlərmi? Həqiqətən, bu, Allah üçün asandır.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar (kafirlər) Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını, sonra da onu (qiyamət günü) yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır! (Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış qandan, daha sonra bir parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır və nəhayət, ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, qiyamət günü onları yenidən dirildəcəkdir!)
Elmir Quliyev
:
Неужели они не видят, как Аллах создает творение в первый раз, а затем воссоздает его. Воистину, это для Аллаха легко.
Ələddin Sultanov:
Allahın ilk dəfə necə yaratdığını, (öldükdən) sonra da onu yenidən necə yaradacağını düşünmürlərmi? Şübhəsiz ki, bu, Allah üçün asandır.
Kerbelayi Malik ağa:
Allahın ilk yaratmasını görmürlərmi? Sonra onu geriyə qaytaracaq. Şübhəsiz ki, bu, Allah üçün asandır.
Ələsgər Musayev:
Ə, görmədilərmi, necə Allah başlayır xəlqə, sonra qaytarır onu? Həqiqətən, bu, Allah üçün asandır!
A.Mehdiyev və D.Cəfərli:
Məgər görmədilər (bilmədilər)mi ki, Allah canlı məxluqları (dünyada) necə vücuda gətirir, sonra isə onları (öldükdən sonra, axirət aləmində) yenidən qaytaracaqdır?! Şübhəsiz bu (iş) Allah üçün asandır.
Kövsər Tağıyev:
Məgər onlar Allahın yaratmanı necə başlatdığını sonra onu necə təkrarladığını görmürlərmi? Şübhəsiz, bu, Allah üçün asandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar Allahın varlıqları ilk olaraq necə yaratdığını, sonra onları bir də qaytardığını görmürlər? Həqiqətən, bu, Allah üçün asandır.
Sabirə Dünyamalıyeva:
Onlar, Allahın əmələ gətirmə [prosesini] necə başlatdığını, sonra da onu təkrarladığını da görmürlərmi? Şübhəsiz ki, bu, Allaha görə çox asandır.