Əlixan Musayev:
İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Məva bağlarında (əbədi) ziyafət gözləyir.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları (sakin olacaqları) Məva cənnətləri gözləyir. (Onlar orada Allahın əbədi qonaqları olacaqlar).
Elmir Quliyev
:
Для тех, которые уверовали и совершали праведные деяния, Сады пристанища станут угощением за то, что они совершили.
Ələddin Sultanov:
İman gətirib yaxşı işlər görənlər üçün etdikləri əməllər müqabilində qalacaqları Məva cənnətləri vardır.
Kerbelayi Malik ağa:
Lakin amənu olanlar və saleh əməl (nəfsini islahedici əməl) edənlər üçün etmiş olduqlarına görə ikram olaraq məva cənnətləri vardır.
Ələsgər Musayev:
Amma o kəslər ki, inanırlar və əməli
salehdirlər, onlar üçün əməllərinə xatir cənnət yurdu sığınacaq
yerləri olacaq.
A.Mehdiyev və D.Cəfərli:
Lakin iman gətirib saleh əməllər edənlər üçün «Mə’va» Cənnətləri və bağları vardır, (və bunlar hamısı dünyada) etdiklərinin mükafatı olaraq bir qonaqlıqdır.
Kövsər Tağıyev:
İman edib saleh əməl işləyənlərə gəlincə onlar üçün etdiklərinin əvəzi bir mükafat olaraq Mə`va cənnətləri var.
M.Qənioğlu və T.Bilaloğlu:
iman gətirib əməlisaleh olanlar üçün gördükləri işlərə görə düşüb qalacaqları yer Mə'va [cənnət] bağları olacaqdır.
Sabirə Dünyamalıyeva:
İman edən və sahmana salmaq qayəsi ilə əməl işləyən kəslərə gəldikdə; etdiklərinin əvəzində qonaq qalacaqları sığınacaq bağçaları yalnız onlar üçündür.