Səba Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə (dayanacağımız şəhərlər arasındakı) məsafəni uzaq et!”– dedilər öz-özlərinə zülm etdilər. Biz onları əfsanələrə çevirib dilə-dişə saldıq, özlərini pərən-pərən etdik. Həqiqətən, səbrli şükür edən hər kəs bundan ibrət alar.
Bünyadov-Məmmədəliyev:
Lakin onlar: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (məsafəni) uzaq et!” dedilər öz-özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb dillərdə dastan etdik. (Onlardan Qəssan qəbiləsi Şama, Əzd qəbiləsi Omana, Xüzaə qəbiləsi Təhaməyə, Hüzeymə qəbiləsi İraqa, Övs Xəzrəc qəbilələri isə Mədinəyə köçdü. Onlar barəsində “Səba əhli kimi pərən-pərən düşdülər” məsələsi çəkilməyə başlandı). Həqiqətən, bunda (çətinliklərə) səbr, (nemətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!
Elmir Quliyev :
Они сказали: "Господь наш! Удлини расстояния между нашими остановками в пути". Они поступили несправедливо по отношению к себе. Мы сделали их предметом сказаний и рассеяли их. Воистину, в этом знамение для каждого, кто терпелив и благодарен.
Ələddin Sultanov:
Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (aramızdakı məsafələri) uzaqlaşdır!” - dedilər özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb ibrətamiz hekayələrə çevirdik. Həqiqətən, çox səbir edən çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Lakin onlar: ‘Rəbbimiz, səfərlərimizin arasını uzaq et.’ dedilər. Özlərinə zülm etdilər. Beləcə onları (nəsildən nəsilə anladılan) ‘hədis’ (əfsanə) etdik onları tamamilə pərən-pərən etdik. Şübhəsiz ki, bunda çox səbir edənlərin çox şükür edənlərin hamısı üçün əlbəttə ayələr (ibrətlər) vardır.
Ələsgər Musayev:
Dedilər: «Rəbbimiz! Artır bizim səfərlərimizin arasını!» Zülm etdilər öz nəfslərinə Biz etdik onları hədislər xırda hissələrə dağıtdıq. Həqiqətən, bunda ayətlər var külli səbr edən şükr edənlər üçün.
A.Mehdiyev və D.Cəfərli:
(Lakin onlar nemətin bolluğundan gediş-gəlişin rahat olmasından doydular), dedilər: «Ey Rəbbimiz, bizim səfər (düşərgə)lərimizin arasını uzaq et» (ki, azuqə miniyə ehtiyac olsun, beləliklə varlıların üstünlüyü aydınlaşsın) onlar özlərinə zülm etdilər. Biz onları (yaddaşlarda ibrətamiz) dastanlar etdik onları tamamilə pərən-pərən saldıq. Həqiqətən, bunda (bu hadisədə) hər bir səbirli şükr edən şəxs üçün (Allahın qüdrəti qəzəbinə dair) nişanələr vardır.
Kövsər Tağıyev:
Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizin mənzilləri arasını uzaqlaşdır”, dedilər özlərinə zülm etdilər. Biz onları ibrətlik qissələrə çevirdik onları darmadağın etdik. Şübhəsiz ki, çox səbir edən, çox şükür edən hər kəs üçün bunda ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar: "Rəbbimiz, səfərlərimiz arasındakı (məsafəni) uzat!" - dedilər öz-özlərinə zülm etdilər. Biz onları kiçik-kiçik tayfalara bölüb dillərə saldıq. Həqiqətən, hər bir səbrli şükr edən üçün bunda ibrətlər vardır.
Sabirə Dünyamalıyeva:
19) Sonra da onlar: "Ey Rəbbimiz! Səfərlərimizin arasını uzaqlaşdır!" dedilər səhv; öz zərərlərinə olan əməli işləyərək nəfslərinə zülm etdilər. İndi Biz onları əfsanəyə çevridik parça-parça dağıtdıq. Şübhəsiz ki, bunda, özünə verilən nemətlərin əvəzini çox ödəyən səbr edən hər kəs üçün əlbəttə işarətlər/nişanələr vardır.