Yasin Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Elçilər) dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti( bəd əlamət sayırsınız)? Doğrusu, siz həddi aşmış bir millətsiniz”.
Bünyadov-Məmmədəliyev:
(Elçilər) dedilər: “Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır (öz küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!”
Elmir Quliyev :
Они сказали: "Ваше дурное предзнаменование обратится против вас самих. Неужели, если вас предостерегают, вы считаете это дурным предзнаменованием? О нет! Вы народ излишествующий".
Ələddin Sultanov:
Elçilər dedilər: “Sizin uğursuzluğunuz özünüzdəndir. Əgər sizə öyüd-nəsihət verilirsə (bu uğursuzluqdurmu)? Xeyr! Siz həddi aşan bir qövmsünüz”.
Kerbelayi Malik ağa:
‘Uğursuzluğunuz sizinlə bərabərdir (özünüzdəndir). Sizə zikr xatırladıldığı zamanmı (uğursuzluğa uğrayırsınız)? Xeyr, siz müsrif (həddi aşan) bir qövmsünüz.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Quşlarınız sizin özünüzdə olacaq. Ə, əgər sizə yad etdirirlər...? Bəli, siz qoumsuz israfkar!»
A.Mehdiyev və D.Cəfərli:
(Peyğəmbərlər) dedilər: «Nəhsliyiniz özünüzdəndir (günahlarınız ucbatındandır), sizə öyüd-nəsihət verildikdə (onu əzablamı hədələyirsiniz)?! (Bizim danışığımız nəhslik gətirmir), əksinə, siz həddini aşan bir qövmsünüz».
Kövsər Tağıyev:
Dedilər ki: “Həqiqətən, biz sizin ucbatınızdan uğursuzluğa düçar olduq. Əgər vaz keçməsəniz, sizi mütləq daşqalaq edəcəyik tərəfimizdən sizə ağrılı-acılı bir əzab toxunacaq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Elçilər dedilər: "Nəhsliyiniz sizin özünüzdədir. Məgər sizə öyüd- nəsihət edilərsə, (bu nəhslik olur)? Doğrusu, siz həddi aşmış adamlarsınız."
Sabirə Dünyamalıyeva:
Elçilər: "Sizin nəhsliyiniz öz ucbatınızdandır. Sizə öyüd verildi deyəmi? Əslində siz həddinizi bilməyən bir tayfasınız" dedilər.