Əlixan Musayev:
(Allah) gözlərin xaincəsinə baxışını və kökslərin (nələr) gizlətdiyini bilir.
Bünyadov-Məmmədəliyev:
Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir!
Elmir Quliyev
:
Он знает о предательском взгляде и том, что скрывают груди.
Ələddin Sultanov:
Allah xain baxışları və qəlblərin gizlətdiyini bilir.
Kerbelayi Malik ağa:
Allah xain gözləri və qəlblərin gizlətdiyini bilir.
Ələsgər Musayev:
Bilir O gözlərin xəyanətini və nə ki,
məxfi edir ürəklər.
A.Mehdiyev və D.Cəfərli:
O, xəyanətkar gözləri (və ya gözlərin qadağan edilmiş yerlərdəki xəyanətlərini) və sinələrin gizlətdiklərini (küfrü, haram fikirləri və rəzil sifətləri) bilir.
Kövsər Tağıyev:
Allah gözlərin xain baxışını və qəlblərin nə gizlədiyini bilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, gözlərdəki xəyanətin və ürəklərdə gizlədilənlərin nə olduğunu yaxşı bilir!
Sabirə Dünyamalıyeva:
Allah, gözlərin xainliyini və sinələrin gizlətdiyini bilir.