Əlixan Musayev:
Allaha yağı kəsilənlər Cəhənnəmə (sürüklənib) toplanılacaqları günə qədər (bir yerdə) saxlanacaqlar.
Bünyadov-Məmmədəliyev:
Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar (əvvəlincisindən axırıncısınadək tutulub bir yerdə) saxlanacaqlar.
Elmir Quliyev
:
В тот день, когда враги Аллаха будут собраны перед Огнем, их задержат.
Ələddin Sultanov:
O gün Allahın düşmənləri cəhənnəmə sürüklənmək üzrə toplanılacaqlar.
Kerbelayi Malik ağa:
Allahın düşmənləri o gün atəşə həşr olunurlar. Beləcə onlar (əvvəlkilər və sonrakılar) bir yerə gətirilərlər.
Ələsgər Musayev:
O gün ki,
toplanacaq düşmənləri Allahın oda tərəf və onlar təyin olunmuş
olacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o gün(ü) ki, Allahın düşmənlərini (qəbirlərdən və müxtəlif yerlərdən) oda tərəf toplayacaqlar. Beləliklə onların birincisindən sonuncusunadək (hamısı bir yerə) toplanılacaqlar.
Kövsər Tağıyev:
Allahın düşmənlərinin toplanıb dəstə-dəstə cəhənnəmə atılacağı günü xatırla!
M.Qənioğlu və T.Bilaloğlu:
O gün Allahın düşmənləri cəhənnəmə cəm olunacaq və onlar (dəstələrə) bölüşdürüləcəklər.
Sabirə Dünyamalıyeva:
Və Allahın düşmənlərinin bir yerə gətirilib yığılacaqları gün artıq onlar atəşə [doğru] göndəriləcəklər.