Zuxruf Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Mərhəmətli (Allahın) qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar (mələklərin) yaradılışının şahidi olublar? Onların bu şahidliyi yazılacaq buna görə cavab verməli olacaqlar.
Bünyadov-Məmmədəliyev:
Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq (bu barədə) sorğu-sual olunacaqlar!
Elmir Quliyev :
Они сделали ангелов, которые являются рабами Милостивого, женщинами. Разве они присутствовали при их сотворении? Их свидетельство будет записано, и они будут спрошены.
Ələddin Sultanov:
Rəhmanın qulları olan mələkləri dişi saydılar. Onların yaradılışınamı şahid oldular?! Onların şahidliyi yazılacaq (axirətdə) sorğu-sual olunacaqlar.
Kerbelayi Malik ağa:
Rəhmanın qulları olan mələkləri qız hesab etdilər. Onların yaradılışına şahidmi oldular? Onların şahidliyi yazılacaq sorğu-sual olunacaqlar.
Ələsgər Musayev:
Etdilər mələkləri o kəsləri ki, bəndələridir Rəhmanın, qadınlar. Ə, şahidmi idilər xəlq olunmasına onların? Yazılacaq şəhadəti onların sual olunacaqlar!
A.Mehdiyev və D.Cəfərli:
Rəhman Allahın bəndələri olan mələkləri qızlar sandılar. Məgər onların yaradılışında iştirak edib (onların qız olmalarını) görüblər? Tezliklə onların (mələklər barəsindəki) şahidlikləri yazılacaq sorğu-sual ediləcəklər.
Kövsər Tağıyev:
Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Onların yaradılmasına şahid oldular? Onların (yalan) şahidlikləri yazılacaq sorğu-sual olunacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar mərhəmətli (Allahın) bəndələri olan mələkləri qızlar hesab etdilər. Məgər onlar mələklərin yaradılışının şahidi olublar? Onların bu (yalan) şahidliyi qeydə alınacaq onlar sorğu-suala tutulacaqlar.
Sabirə Dünyamalıyeva:
Onlar Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] qullarından olan mələkləri dişi saydılar. Onlar, onların yaradılışına şahid oldularmı? Onların şahidlikləri yazılacaq onlar sorğu-sual olunacaqlar.