Əlixan Musayev:
Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm.
Bünyadov-Məmmədəliyev:
Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə (dediklərimin düzgünlüyünü sübut edən) açıq-aşkar bir dəlil gətirmişəm!”
Elmir Quliyev
:
Не превозноситесь над Аллахом, ведь я принес вам явное доказательство.
Ələddin Sultanov:
Allaha qarşı təkəbbürlənməyin! Şübhəsiz, mən sizə açıq-aydın bir dəlil gətirmişəm.
Kerbelayi Malik ağa:
Allaha qarşı təkəbbürlük göstərməyin! Çünki mən sizə açıq-aşkar bir sultan (dəlil) ilə gəlirəm.
Ələsgər Musayev:
Ucalmayın qarşısında əleyhinə Allahın. Həqiqətən, mən
gəlirəm sizə aşkar sultanlıqla.
A.Mehdiyev və D.Cəfərli:
Və (digər bir tapşırıq) budur ki, Allaha qarşı təkəbbür göstərməyin. Çünki mən sizə aşkar bir dəlil-sübut gətirmişəm.
Kövsər Tağıyev:
O, belə demişdi: “Allahın qullarını (əsarət altındakı İsrail oğullarını) mənə təslim edin. Çünki mən güvəniləsi bir peyğəmbərəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha qarşı çıxmayın, axı mən sizə aydın bir dəlil gətirmişəm.
Sabirə Dünyamalıyeva:
Allaha qarşı lovğalanmayın. Şübhəsiz ki, mən sizin üçün açıq-aşkar bir güc gətirirəm.