Əlixan Musayev:
Üstəlik alacaqları çoxlu qənimətə də (müvəffəq etdi.) Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Həm də (Xeybərdə) ələ keçirəcəkləri çoxlu qənimətlərə (nail etdi). Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Elmir Quliyev
:
и многочисленными трофеями, которые они возьмут. Аллах — Могущественный, Мудрый.
Ələddin Sultanov:
Həmçinin Allah onları əldə edəcəkləri bir çox qənimətlərlə mükafatlandırmışdır. Allah qüdrətlidir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Çoxlu qənimət vardır. Onları götürərlər. Allah Əzizdir, Hakimdir.
Ələsgər Musayev:
və çoxlu qənimətlər, hansı ki, onlar onu
götürərlər. Oldu Allah Əziz, Həkim!
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin (Xeybərin fəthində) götürəcəkləri çoxlu qənimətləri (mükafat verdi). Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir.
Kövsər Tağıyev:
və əldə edəcəkləri bir çox qənimətlər nəsib etmişdir. Allah mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
və əldə edəcəkləri çoxlu qənimətlərlə də. Allah qüdrət, hökm və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.