Hədid Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allaha Onun elçilərinə iman gətirənlər məhz onlar doğru olanlardır. Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridir.
Bünyadov-Məmmədəliyev:
Allaha peyğəmbərinə iman gətirənlər məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər (özündə-sözündə doğru olanlar) şəhidlərdir. Onların (qiyamət günü) öz mükafatları (qıl körpüsü üstündə onlara yol göstərəcək) öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər.
Elmir Quliyev :
Уверовавшие в Аллаха и Его посланников это правдивейшие люди. А павшие мученики находятся возле своего Господа, и им уготованы их награда и их свет. А те, которые не уверовали и сочли ложью Наши знамения, являются обитателями Ада.
Ələddin Sultanov:
Allaha peyğəmbərinə iman gətirənlər məhz onlar Rəbbi dərgahında siddiqlər şəhidlərdir. Onların mükafatları nurları vardır. İnkar edib ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidirlər.
Kerbelayi Malik ağa:
Allaha Onun Rəsuluna inananlar, məhz onlar sadiqlər şəhidlərdir. Rəblərinin yanında onların əcrləri nurları vardır. İnkar edənlər ayələrimizi yalanlayanlar, məhz onlar cəhənnəm əhlidir.
Ələsgər Musayev:
O kəslər ki, inandılar Allah ilə rəsulları ilə Onun həmin onlardır ki, sadiqlərdir şahidlərdir Rəblərinin yanında. Onlar üçün əcrləri onların nuru onların. O kəslər ki, kafir oldular yalan saydılar ayətlərimizlə Bizi həmin onlar əshabıdırlar odun.
A.Mehdiyev və D.Cəfərli:
Rəbbləri yanında siddiqlər (etiqad, söz əməlləri bir-biri ilə müvafiq həqiqətlə üst-üstə düşən kəslər) şahidlər (Məhşərdə insanların əqidə əməllərinə şahidlik edənlər) Allaha Onun peyğəmbərlərinə iman gətirmiş kəslərdir. Bunların mükafatları nurları onlarındır. Küfr edən Bizim (tovhid din) nişanələrimizi təkzib inkar edənlər cəhənnəm əhlidirlər.
Kövsər Tağıyev:
Allaha peyğəmbərlərinə iman edənlər ki var, onlar siddiqlər (özü-sözü doğru kimsələr) Allah qatında şahidlərdir. Onların mükafatları nurları var. İnkar edib ayələrimizi təkzib edənlərə gəlincə, onlar cəhənnəmliklərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha onun peyğəmbərlərinə iman gətirənlər (söz əməldə) doğru olanlardır öz Rəbbi dərgahında şahid olanlardır. Onların öz haqları, öz nurları vardır. Küfr edib ayələrimizi yalan hesab edənlər isə - bunlar cəhənnəmlikdirlər.
Sabirə Dünyamalıyeva:
Allaha Elçisinə inanan kəslər; öz Rəbbi dərgahında doğru kəslər şəhidlər məhz onlardır. Onlar üçün əvəzi işıqları var. Təkzib edən ayələrimizi yalan hesab edən kəslər də, cəhənnəm əhlidir.