Qələm Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar yuxuda ikən Rəbbinin əzabı (o bağı) bürüdü.
Bünyadov-Məmmədəliyev:
Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi.
Elmir Quliyev :
Ночью же, пока они спали, их сад поразила кара от твоего Господа.
Ələddin Sultanov:
Ancaq onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən əzab oranı bürüdü.
Kerbelayi Malik ağa:
Lakin onlar yatarkən Rəbbin tərəfindən göndərilən bir fəlakət onun (bağın məhsullarının) üzərini bürüdü.
Ələsgər Musayev:
keçdi onu keçən Rəbbindən sənin, onlar isə yatmışlar.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, gecə vaxtı, onlar yuxuda ikən, sənin Rəbbin tərəfindən olan böyük bir bəla o bağı bürüdü.
Kövsər Tağıyev:
Nəhayət, onlar yuxuda ikən Rəbbindən bir fəlakət (atəş) bağçanı bürüdü.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla üz verdi
Sabirə Dünyamalıyeva:
Amma onlar yuxuda olanda Rəbbin tərəfindən bir qasırğa bağın üstündə gəzdi.