Cin Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın qulu qalxıb Allaha dua etdikdə (cinlər) az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar.
Bünyadov-Məmmədəliyev:
Allahın bəndəsi (Muhəmməd əleyhissəlam) Ona ibadət etmək (namaz qılmaq) üçün qalxdıqda (cinlər) az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər (izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər).
Elmir Quliyev :
Когда раб Аллаха встал, обращаясь с мольбой к Нему, они столпились вокруг него (джинны столпились вокруг Пророка, чтобы послушать Коран, или неверующие ополчились против него, чтобы помешать ему).
Ələddin Sultanov:
Allahın qulu (Mühəmməd) dua etmək üçün qalxdığı zaman az qala onlar (cinlər) onun ətrafında keçə kimi bir-birinə yapışırdılar.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allahın Qulu (Hz. Məhəmməd s.ə.s) Allaha dua etməyə (Quran oxumağa) başladığı zaman Onun ətrafında cinlər üst-üstə yığılıb toplanırdılar.
Ələsgər Musayev:
Həqiqətən, amma elə ki, qalxdı bəndəsi Allahın çağıraraq Ona tərəf, az qalmışdı olsunlar üzərində onun sıx.
A.Mehdiyev və D.Cəfərli:
«Allah bəndəsi (Peyğəmbər) Allahı çağırmaq üçün qalxdıqda, (möminlər müşriklər Qur’anın heyrətamiz ayələrini dinləmək üçün) az qala hamılıqla onun başına tökülüşələr».
Kövsər Tağıyev:
“Allahın qulu (Muhamməd) ona ibadət etmək üçün qalxdığı zaman cinlər az qala (Qur`anı dinləmək üçün qələbəlikdən) onun ətrafında bir-birilərinə dolaşırdılar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın bəndəsi [Məhəmməd] Ona ibadət etmək üçün qalxdıqda onlar [cinlər] az qala (izdihamdan) onun ətrafında bir-birlərinə keçə kimi sıxılalar.
Sabirə Dünyamalıyeva:
bu bir həqiqətdir ki, Allahın qulu/Peyğəmbər Ona dəvət edərək ayağa qalxdığı/hərəkətə keçdiyi zaman o yadlardan bir dəstə onun ətrafında az qalsın bir-birlərinə bitişəcəkdilər.