Əbəsə Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) onu nütfədən yaratdı müəyyən şəkildə formalaşdırdı.
Bünyadov-Məmmədəliyev:
(Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
Elmir Quliyev :
Он сотворил его из капли и соразмерил (или предопределил стадии его развития),
Ələddin Sultanov:
Onu nütfədən yaratdı ona surət verdi.
Kerbelayi Malik ağa:
Nütfədən yaratdı, sonra da ona qədər təyin etdi (ömür təyin etdi).
Ələsgər Musayev:
Nütfədən! Xəlq etdi onu qədərində,
A.Mehdiyev və D.Cəfərli:
Onu (qarışıq, dəyərsiz) bir nütfədən yaratdı, sonra da (yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi.
Kövsər Tağıyev:
Az bir sudan (mənidən). Onu yaratdı ona biçim verdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir nütfədən! Onu xəlq edərək qədərini (biçimini) verdi.
Sabirə Dünyamalıyeva:
Bir spermadan! Allah əmələ gətirdi, müəyyən ölçüdə formalaşdırdı,