İnşiqaq Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz mütləq haldan-hala keçib (dəyişəcəksiniz).
Bünyadov-Məmmədəliyev:
Siz (ey kafirlər, qiyamət günü) haldan-hala düşəcəksiniz!
Elmir Quliyev :
Вы переходите из одного состояния в другое.
Ələddin Sultanov:
Həqiqətən, siz (ölüm, təkrar dirilmə haqq-hesaba çəkilmə kimi) mərhələlərdən keçəcəksiniz.
Kerbelayi Malik ağa:
Siz mütləq təbəqədən təbəqəyə keçəcəksiniz (göy qatlarından keçəcəksiniz).
Ələsgər Musayev:
siz keçəcəksiz təbəqədən təbəqəyə!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, siz haldan-hala düşəcəksiniz! (Dünyada cisminizin təkamül yolu nütfə halından ölüm halına kimi otuz haldan çoxdur. Ruhunuzun təkamül yolu isə İslamı qəbul etməkdən İlahi yaxınlıq olan kamaladəkdir. Dünyadan sonra Bərzəxə daxil olmaq, Qiyamətə keçmək onun duracaqlarından Cənnətə Cəhənnəmə daxil olmağa qədər yol gedəcəksiniz).
Kövsər Tağıyev:
Şübhəsiz, siz haldan hala düşəcəksiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
ki, siz bir qatdan o biri qata keçəcəkslnizl
Sabirə Dünyamalıyeva:
siz həqiqətən haldan-hala düşürsünüz [davamlı surətdə dəyişəcəksiniz, əsla yox olub getməyəcəksiniz].