Əlixan Musayev:
Xeyr, sən ona qulaq asma! Səcdə qıl və (Allaha) yaxınlaş!
Bünyadov-Məmmədəliyev:
Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!
Elmir Quliyev
:
Так нет! Не повинуйся ему , а пади ниц и приближайся к Аллаху.
Ələddin Sultanov:
Xeyr, ona boyun əymə! Səcdə et və (Rəbbinə) yaxınlaş! (Təfsirlərdə qeyd olunduğuna görə, bu ayələr Həzrət Peyğəmbər namaz qılarkən ona əziyyət verən Əbu Cəhl haqqında nazil olmuşdur.)
Kerbelayi Malik ağa:
Xeyr! Ona itaət etmə! Səcdə et və (Allaha) yaxın ol!
Ələsgər Musayev:
Belə
deyil! Itaət etmə ona və səcdə et və yaxınlaş!
A.Mehdiyev və D.Cəfərli:
Belə deyildir (o heç bir şey edə bilməz) Sən əsla ona itaət etmə! (Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!
Kövsər Tağıyev:
Xeyr! Sən əsla ona tabe olma, səcdə et və Rəbbinə yaxınlaş!
M.Qənioğlu və T.Bilaloğlu:
Xeyr, ona itaət etmə! Səcdə qıl və (Allaha) yaxın ol!
Sabirə Dünyamalıyeva:
Qətiyyən sənin fikirləşdiyin kimi deyil! Sən səlat eləyənə [maddi və yaxud zehni baxımdan dəstək olana; cəmiyyəti maarifləndirməyə çalışana] maneçilik törədən o kimsəyə itaət etmə. Sən Rəbbinə boyun əyib təslim ol və yaxınlaşdırıl/Rəbbin səni Özünə yaxınlaşdırsın.