Bəqərə Surəsi 191. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Müşriklərə) harada rast gəlsəniz öldürün sizi çıxartdıqları yerdən siz onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizinlə Məscidulharamın yanında vuruşmayınca, siz onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz onları öldürün. Kafirlərin cəzası belədir.
Bünyadov-Məmmədəliyev:
Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz onları öldürün. Kafirlərin cəzası ancaq budur!
Elmir Quliyev :
Убивайте их (многобожников), где бы вы их ни встретили, и изгоняйте их оттуда, откуда они вас изгнали. Искушение хуже, чем убийство. Но не сражайтесь с ними у Заповедной мечети, пока они не станут сражаться с вами в ней. Если же они станут сражаться с вами, то убивайте их. Таково воздаяние неверующим!
Ələddin Sultanov:
Onları (sizə qarşı vuruşanları) harada görsəniz öldürün! Sizi çıxartdıqları yerdən siz onları çıxardın! Fitnə qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidi-haramın yanında vuruşmayınca, siz onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz onları öldürün! Kafirlərin cəzası belədir.
Kerbelayi Malik ağa:
Onları harda görsəniz (tutduğunuz) yerdə öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz onları çıxardın. Fitnə çıxarmaq adam öldürməkdən daha şiddətlidir (pisdir). Məscidi Haram yanında onlar sizinlə döyüşmədikcə siz onlarla orada döyüşməyin. Lakin əgər (orada) sizinlə döyüşsələr (sizi öldürməyə qalxsalar), o təqdirdə siz onlarla döyüşün (onları öldürün). Kafirlərin cəzası belədir.
Ələsgər Musayev:
Döyüşün onlarla harada rastlaşdınız xaric edin onları oradan ki, xaric etdilər siziFitnə şiddətlidir qətldən. Döyüşməyin onlarla yanında məscidil-haramın, ta döyüşsələr sizinlə orada. Əgər döyüşsələr sizinlə, döyüşün onlarla. Belədir cəzası kafirlərin!
A.Mehdiyev və D.Cəfərli:
Onları (Məkkə müşriklərini) harada ələ keçirsəniz öldürün sizi qovub çıxardıqları yerdən (Məkkədən) qovub çıxardın. Fitnə (onların Allaha şərik qoşmaları, müsəlmanları incitmələri Məkkədən çıxarmaları) öldürməkdən daha pisdir. Onlar sizinlə Məscidül-Həramın yanında vuruşmayınca, siz onlarla orada vuruşmayın. Beləliklə əgər sizinlə (orada) vuruşsalar, onları öldürün ki, kafirlərin cəzası elə odur.
Kövsər Tağıyev:
Onları harada yaxalasanız, öldürün. Sizi çıxardıqları yerdən (Məkkədən) siz onları çıxarın. Zülm təzyiq adam öldürməkdən daha ağırdır. Lakin Məscidi-Həram yanında onlar sizinlə savaşmadıqca siz onlarla savaşmayın. Sizinlə savaşsalar, (siz onlarla savaşın) onları öldürün. Kafirlərin cəzası belədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Harada rast gəlsəniz, onları öldürün, sizi qovub çıxardıqları yerdən qovub çıxarın. Fitnə-fəsad adam öldürməkdən pisdir ! Məscidül-Haram (Kəbə) yaxınlığında onlar sizinlə vuruşmayınca siz onlarla vuruşmayın. Əgər (orada) sizinlə vuruşarlarsa, onda onları öldürün. Kafirlərin cəzası bax belədir !
Sabirə Dünyamalıyeva:
onları harada haqlasanız, öldürün, çıxardıqları yerdən siz onları çıxarın. insanları dindən çıxarmaq; şərik qoşmağa [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etməyə] sövq etmək, öldürməkdən daha şiddətlidir. Məscidiülhəram; toxunulmaz ilahiyyat təhsili mərkəzi yanında onlar sizinlə vuruşmayınca siz onlarla orada vuruşmayın. Lakin onlar sizinlə vuruşsalar, dərhal onları öldürün. Kafirlərin [Allahın məbud rəbb olduğunu bilərək inkar edənlərin] cəzası bax belədir.