Ali-İmran Surəsi 191. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin yerin yaradılması haq-qında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak müqəddəssən. Bizi Odun əzabından qoru!
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!
Elmir Quliyev :
которые поминают Аллаха стоя, сидя и на боку и размышляют о сотворении небес и земли: "Господь наш! Ты не сотворил это понапрасну. Пречист Ты! Защити же нас от мучений в Огне.
Ələddin Sultanov:
Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!
Kerbelayi Malik ağa:
Onlar (Üluləlbab, lüblərin, Allahın sirr xəzinələrinin sahibləri) ayaqdaykən, oturarkən, yan üstə yatarkən (daimi) Allahı zikr edərlər. Göylərin yerin yaradılışı haqqında təfəkkür edərlər (və deyərlər ki): ‘Ey Rəbbimiz! Sən bunları batil olaraq (boşuna) yaratmadın. Sən Sübhansan, artıq bizi atəşin əzabından qoru.
Ələsgər Musayev:
o kəslər ki, yad edirlər Allahı ayaq üstə oturan yerdə böyürləri üstə düşünürlər xəlq olunmasını səmaların ərzin: «Rəbbimiz! Sən xəlq etmədin bunları batil. Sən Sübhansan! qoru bizi yanar odun əzabından.
A.Mehdiyev və D.Cəfərli:
O k?sl?r ki, ayaq ust?, oturduqlar? halda v? boyurl?ri ust? (yatd?qlar? halda) Allah? yadlar?na sal?r, goyl?rin v? yerin yarad?l?s?(n?n sirl?ri) bar?sind? fikirl?sir (v? q?lbl?ri v? ya h?m q?lb, h?m d? dill?ri il? deyir)l?r: «Ey R?bbimiz, bunu (bu ?z?m?tli al?mi) bos yer? yaratmam?san! S?n (faydas?z v? puc isl?rd?n) pak (v? uzaq)san (v? butun bunlar mutl?q ali m?qs?d, y?ni ag?l sahibl?ri ucun v?zif?l?r mu?yy?nl?sdirm?k v? dunyada savab v? ?zaba layiq olmaq v? onlar?n axir?td? gerc?kl?sm?si ucundur). Odur ki, bizi odun ?zab?ndan qoru».
Kövsər Tağıyev:
Onlar ayaq üstə ikən, oturarkən yan üstə uzanarkən Allahı xatırlayarlar. Göylərin yerin yaradılışı haqqında düşünərlər. “Rəbbimiz! Bunu boş yerə yaratmadın, səni nöqsanlardan uzaq tuturuq. Bizi atəşin əzabından qoru”, deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslər üçün ki, onlar duranda da, oturanda da, böyürləri üstə [uzanmış vəziyyətdə] olanda da Allahı yad edir, göylərin yerin yaradılışı barədə düşünərək deyirlər. "Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Şəninə təriflər olsun! Bizi cəhənnəm odundan qoru!
Sabirə Dünyamalıyeva:
əlbəttə, ayaq üstə olanda da, oturanda uzananda da Allahı anan; "Ey Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən, bütün nöqsanlıqlardan paksan. Artıq bizi Atəşin əzabından qoru! /keçmişdə etdiklərimizi etməli olduğumuz halda etmədiklərimizi bir-bir bizim yadımıza 'yaxşı adamlarla' birgə sal. deyərək göylərin yerin yaradılması barədə yaxşıca fikirləşən,