Əlixan Musayev:
Fitnə aradan qalxana qədər və din ancaq Allaha məx-sus edilənədək onlarla vuruşun! Əgər son qoysalar, (bilin ki,) düşmənçilik ancaq zalımlara qarşı olur.
Bünyadov-Məmmədəliyev:
Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.
Elmir Quliyev
:
Сражайтесь с ними, пока не исчезнет искушение и пока религия целиком не будет посвящена Аллаху. Но если они прекратят, то посягать можно только на беззаконников.
Ələddin Sultanov:
Fitnə aradan qalxana və din sırf Allaha məxsus olanadək onlarla vuruşun! Əgər onlar buna son qoysalar, (bilsinlər ki,) zülm edənlərdən başqasına düşmənçilik edilməyəcəkdir.
Kerbelayi Malik ağa:
Fitnə qalmayana və din Allah üçün olana qədər onlarla döyüşün (onları öldürün). Bundan sonra əgər imtina etsələr, o zaman zalımlardan başqasına qarşı düşmənlik yoxdur.
Ələsgər Musayev:
Döyüşün onlarla, ta olmasın sınaq
və məxsus olsun din Allah üçün. Və əgər nəhy etdilər, yoxdur
ədavətlik ancaq üzərində zalimlərin.
A.Mehdiyev və D.Cəfərli:
Heç bir fitnə qalmayıncaya (şirkin kökü kəsilincəyə) və din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun. Beləliklə əgər (Allaha şərik qoşmaqdan) əl çəksələr, zalımlardan başqasına qarşı həddi aşmaq rəva deyildir.
Kövsər Tağıyev:
Heç bir zülm və təzyiq qalmayana və din yalnız Allahın olana qədər onlarla savaşın. Onlar savaşmağa son qoysalar, artıq düşmənlik yalnız zalımlara qarşıdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Fitnə-fəsad aradan qalxana qədər onlarla vuruşun. Əgər (bu işdən) əl çəksələr, (bilin ki) düşmənçilik zalımlardan başqasına edilməz.
Sabirə Dünyamalıyeva:
Və insanları dindən çıxarmaq; şərik qoşmağa [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyə] sövq etmək fəaliyyətindən əsər qalmayıb din ancaq Allaha məxsus olana qədər onlarla vuruşun. Əgər vaz keçsələr, öz-özlərinə haqsızlıq edənlərdən başqasına qarşı düşmənçilik yoxdur.