Əlixan Musayev:
Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al!
Bünyadov-Məmmədəliyev:
Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !
Elmir Quliyev
:
Господь наш! Мы услышали глашатая (Мухаммада), который призывал к вере: "Уверуйте в вашего Господа", — и мы уверовали. Господь наш! Прости нам наши грехи, отпусти нам наши прегрешения и умертви нас вместе с благочестивыми.
Ələddin Sultanov:
Ey Rəbbimiz! Həqiqətən, “Rəbbinizə iman gətirin!” – deyə imana çağıran kimsəni (Peyğəmbəri) eşitdik və dərhal iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bağışla, pis əməllərimizin üstünü ört və canımızı yaxşılarla birlikdə al!
Kerbelayi Malik ağa:
Rəbbimiz! Şübhəsiz ki, biz ‘Rəbbinizə amənu olun’ deyə imana dəvət edən dəvətçini eşitdik, beləcə iman etdik (dəvətçiyə tabe olaraq amənu olduq) Rəbbimiz artıq bizim günahlarımızı bağışla, günahlarımızı ört və bizi əbrar olan (Allaha təslim olan və vəli olan cənnətlik) qullarınla bərabər vəfat etdir.
Ələsgər Musayev:
Rəbbimiz! Həqiqətən, eşitdik biz dəvət
edənin imanına çağırışını: «İman gətirin Rəbbinizə!» və biz
iman gətirdik. Rəbbimiz! Bağışla bizim üçün günahlarımızı və
təmizlə bizi pisliklərimizdən və vəfat bağışla bizə doğru
olanlarla birlikdə.
A.Mehdiyev və D.Cəfərli:
«Ey R?bbimiz! H?qiq?t?n biz «R?bbiniz? iman g?tirin!» dey? imana d?v?t ed?n bir cag?r?sc?n?(n d?v?tini) esitdik v? iman g?tirdik. Ey R?bbimiz, buna gor? d? gunahlar?m?z? biz? bag?sla, pislikl?rimizi bizd?n t?mizl? v? bizi yaxs? ?m?l sahibl?rinin s?ras?nda oldur!»
Kövsər Tağıyev:
“Rəbbimiz! Biz: “Rəbbinizə iman edin”, – deyə imana səsləyən bir dəvətçi eşitdik, dərhal iman etdik. Rəbbimiz! Günahlarımızı bağışla. Pisliklərimizi ört. Canımızı yaxşılarla bir yerdə al”.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbimiz! İmana dəvət edən bir kəsin səsini eşitdik: "Rəbbinizə iman gətirin!" Biz də iman gətirdik. Rəbbimiz, günahlarımızı bağışla, bizi pis şeylərdən təmizlə və bizə əməlisalehlərlə bir yerdə ölüm ver!
Sabirə Dünyamalıyeva:
Rəbbimiz! Şübhəsiz ki, biz: 'Rəbbinizə inanın!' deyə çağıran bir carçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pis əməllərimizi ört və bizi 'yaxşı adamlarla' birgə öldür