Əraf Surəsi 194. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər.
Bünyadov-Məmmədəliyev:
Allahdan başqa ibadət etdiyiniz bütlər sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər.
Elmir Quliyev :
Те, к кому вы взываете наряду с Аллахом, являются рабами, подобными вам самим. Взывайте к ним, и пусть они ответят вам, если вы говорите правду.
Ələddin Sultanov:
(Ey kafirlər!) Şübhəsiz ki, Allahı qoyub dua etdiyiniz kimsələr sizin kimi bəndələrdir (məxluqlardır). Əgər haqlısınızsa, haydı, onları çağırın ki, sizə cavab versinlər!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allahdan başqa dua etdikləriniz sizlər kimi qullardır. Elə isə onları çağırın. Əgər doğru deyirsinizsə, beləcə sizə (sizin duanıza) cavab versinlər (duanızı qəbul etsinlər).
Ələsgər Musayev:
Həqiqətən, o kəsləri ki, Allahdan başqa çağırırsınız, bəndələrdir sizin misliniz kimi! Əgər doğru deyirsiniz onları çağırın, qoy sizə cavab versinlər.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən sizin Allahın yerinə çağırdıqlarınız (bütlər, ulduzlar mələklər) sizin kimi bəndələrdir. Odur ki, əgər doğruçusunuzsa, onları çağırın, sizə cavab versinlər.
Kövsər Tağıyev:
Allahı buraxıb tapındıqlarınızın hamısı sizin kimi (yaradılmış) qullardır. Əgər doğru söyləyənlərsinizsə, dərhal onları çağırın, sizə cavab versinlər (duanızı yerinə yetirsinlər).
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Allahdan savayı çağırdıqlarınız [tapındıqlarınız] sizin kimi bəndələrdir. De: “Çağırın onları, əgər haqlısınızsa, qoy onlar sizə cavab versinlər!”
Sabirə Dünyamalıyeva:
Allahın altındakılardan yalvardığınız kəslə, eynən sizin kimi bəndələrdir. Əgər doğruçulardansınızsa, haydı, onları səsləyin ki sizə cavab versinlər.