Əraf Surəsi 196. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, mənim hamim Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!
Elmir Quliyev :
Воистину, мой Покровитель Аллах, Который ниспослал Писание. Он покровительствует праведникам.
Ələddin Sultanov:
Şübhəsiz ki, mənim himayədarım Kitabı (Quranı) nazil edən Allahdır. O, saleh əməl sahiblərini himayə edər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Kitabı (Qurani Kərimi) endirən Allah mənim dostumdur. O, salehlərə dostluq (vəlilik) edər.
Ələsgər Musayev:
Həqiqətən, mənim dostum Allahdır. Odur ki, nazil etdi kitabı O salehlərin dostudur!
A.Mehdiyev və D.Cəfərli:
«Şübhəsiz, mənim başçı köməkçim bu kitabı nazil edən Allahdır. Odur saleh (bəndə)lərə başçılıq yardım edən!».
Kövsər Tağıyev:
Çünki mənim vəlim Kitabı (Qur`anı) endirən Allahdır. O, bütün salehlərə vəlilik edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, mənim himayəçim Kitabı nazil edən Allahdır O, əməlisalehlərin himayəçisidir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, mənim himayədarım [yol göstərənim, yardım edənim, qoruyanım], o kitabı nazil edən Allahdır. O, doğru kəslərə himayədar [yol göstərən, yardım edən, qoruyan] olar.