Şüəra Surəsi 197. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?
Bünyadov-Məmmədəliyev:
Məgər İsrail övladı alimlərinin (Quranın ilahi kitab, sənin həqiqi peyğəmbər olduğunu) bilmələri onlar (bu kafirlər) üçün bir dəlil (sübut) deyilmi?
Elmir Quliyev :
Разве для них не является знамением то, что ученые сынов Исраила (Израиля) знают его?
Ələddin Sultanov:
İsrail oğulları alimlərinin onu bilmələri onlar üçün bir dəlil deyilmi?
Kerbelayi Malik ağa:
İsrail oğullarından olan alimlərin Onu bilməsi onlar üçün bir dəlil olmadımı?
Ələsgər Musayev:
Ə, olmadımı onlar üçün ayət ki, bilirlər onu Israil oğullarından elmliləri?
A.Mehdiyev və D.Cəfərli:
Məgər Bəni-İsrail alimlərinin bundan (bu kitabdan onun vəsflərindən tamamilə) xəbərdar olmaları onlar (Məkkə müşrikləri) üçün sübut nişanə deyilmi?
Kövsər Tağıyev:
İsrail oğulları alimlərinin onu bilməsi onlar (Məkkə müşrikləri) üçün bir dəlil deyilmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər İsrail övladlarından olan alimlərin onu bilmələri onlar üçün bir ibrət olmamışdırmı?
Sabirə Dünyamalıyeva:
İsrailoğulları biliklilərinin öz kitablarında etibar edilən biliyin varlığını bilməsi, onlar üçün bir əlamət/nümunə olmadımı?