Əlixan Musayev:
Öz Rəbbindən qorxanları (ağacları) altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. (Bu, )Allahdan bir ziyafətdir. Allahın dərgahında olan (nemət-lər) möminlər üçün daha xeyirlidir.
Bünyadov-Məmmədəliyev:
Lakin öz Rəbbindən qorxanları (ağacları) altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir.
Elmir Quliyev
:
Но для тех, которые боятся своего Господа, уготованы Райские сады, в которых текут реки. Они пребудут там вечно. Таково угощение от Аллаха, и то, что у Аллаха, будет лучше для благочестивых.
Ələddin Sultanov:
Lakin Rəbbindən qorxanlar üçün, Allahın qonağı olaraq içində əbədi qalacaqları və (ağacları) altından çaylar axan cənnətlər vardır. Allah dərgahında olanlar yaxşı əməl sahibləri üçün daha xeyirlidir.
Kerbelayi Malik ağa:
Lakin Rəblərinə qarşı təqva sahibi olanlar üçün altlarından çaylar axan, içində əbədi olaraq qalacaqları cənnətlər, Allah tərəfindən ziyafət süfrələri vardır. Allahın dərgahında olan şeylər əbrar qullar üçün daha xeyirlidir.
Ələsgər Musayev:
Lakin o kəslər ki, qorxarlar Rəblərindən,
onlar üçün cənnətlər var– cari olur altından onun nəhrlər,
həmişəlik orada qalacaqlar, hansı ki, nazil edilər Allah
yanından. Nə ki, Allah yanında var– xeyirlidir düzgünlər üçün!
A.Mehdiyev və D.Cəfərli:
Lakin oz R?bbind?n qorxan k?sl?r ucun (evl?rinin v? agaclar?n?n) alt?ndan caylar axan C?nn?tl?r vard?r. Allah t?r?find?n ilk ziyaf?t olaraq onlar orada ?b?didirl?r. Yaxs? ?m?l sahibl?ri ucun Allah yan?nda olan sey (Allah?n raz?l?g? v? ?b?di nem?tl?r) daha yaxs?d?r.
Kövsər Tağıyev:
Lakin Rəblərinə qarşı gəlməkdən çəkinənlər üçün Allah qatından rahatlıqla qalacaqları bir yer olaraq içində əbədi qalacaqları, içindən çaylar axan cənnətlər var. Allah qatında olan şeylər yaxşılar üçün daha xeyirlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Lakin öz Rəbbindən qorxanlar üçün isə Allahdan bir pay olaraq dibindən çaylar axan cənnət bağları olacaqdır ki, onlar orada əbədi qalacaqlar. Allahın dərgahında olan (nemətlər) əməlisalehlər üçün daha xeyirlidir.
Sabirə Dünyamalıyeva:
Lakin Rəbbinin mühafizəsi altına daxil olan kəslərə gəldikdə, onlar üçün, səfərdə olan birinə Allah tərəfindən bir ziyafət olaraq, altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər var. Və Allah yanında olan [nemət], "yaxşı adamlar" üçün daha yaxşıdır.