Təkəsur Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(gömülməklə) qəbirləri ziyarət etdiniz.
Bünyadov-Məmmədəliyev:
Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].
Elmir Quliyev :
настолько, что вы посещаете кладбища, чтобы бахвалиться своими покойниками (или пока вы сами не попадете в могилы).
Ələddin Sultanov:
Hətta qəbirləri ziyarət etdiniz. (Təfsirlərdə qeyd edilən rəvayətə görə, müşriklər oğullarının, qohumlarının mal-mülklərinin çoxluğu ilə qürrələnir bu xüsusda bir-birləri ilə yarışırdılar. Hətta bu mübahisələr o həddə çatmışdı ki, onlar diriləri ilə kifayətlənməyib ölülərinin çoxluğu ilə öyünməyə başlamış bu məqsədlə qəbiristanlığın yolunu tutmuşdular.)
Kerbelayi Malik ağa:
Hətta qəbirləri ziyarət etdiniz (ölülərinizi belə sayaraq çoxluqla öyündünüz).
Ələsgər Musayev:
ta o vaxta kimi ki, ziyarət etdiniz qəbirləri.
A.Mehdiyev və D.Cəfərli:
O vaxta qədər ki, qəbristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz).
Kövsər Tağıyev:
öyünmək qəbirlərə gedənə (ölənə) qədər
M.Qənioğlu və T.Bilaloğlu:
O vaxta qədər ki, siz qəbirləri ziyarət etdiniz [öldünüz].
Sabirə Dünyamalıyeva:
qəbirlərə girənə qədər sizin başınızı qatdı.