Yusif Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz.
Bünyadov-Məmmədəliyev:
(Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız.
Elmir Quliyev :
Воистину, Мы ниспослали Коран на арабском языке, чтобы вы могли понять его.
Ələddin Sultanov:
Başa düşəsiniz deyə Biz onu ərəbcə bir Quran olaraq nazil etdik.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz Onu Ərəbcə Quran olaraq nazil etdik. Beləcə siz ağıl işlədərsiniz.
Ələsgər Musayev:
Həqiqətən, nazil etdik Qur’anı ərəbi olanı, ola ki, əql edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz onu ərəbcə bir Qur’an (oxunan ərəb dilində olan kəlmələr) şəklində nazil etdik ki, bəlkə (onun uca maarifi barədə) düşünəsiniz ağılla dərk edəsiniz.
Kövsər Tağıyev:
Biz anlayasınız deyə onu ərəbcə bir Qur`an olaraq endirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, bəlkə anlayasınız.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Biz onu düşünəsiniz deyə, ərəbcə Quran olaraq nazil etdik.