Əlixan Musayev:
İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?
Bünyadov-Məmmədəliyev:
İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!)
Elmir Quliyev
:
Неужели люди полагают, что их оставят и не подвергнут искушению только за то, что они скажут: "Мы уверовали"?
Ələddin Sultanov:
İnsanlar imtahana çəkilmədən yalnız: “İman gətirdik!” - deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər?
Kerbelayi Malik ağa:
İnsanlar ‘amənna (iman etdik)’ deməklə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?
Ələsgər Musayev:
Ə, hesab edirlər insanlar ki, tərk edəcəklər onları, elə ki, dedilər: «Biz inandıq!» və onlar sınanmayacaqlar?
A.Mehdiyev və D.Cəfərli:
Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!
Kövsər Tağıyev:
Məgər insanlar “İnandıq” deməklə buraxılacaqlarını və imtahan olunmayacaqlarınımı zənn edirlər?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər insanlar belə hesab edirlər ki, “İman gətirdik." - deməklə onlardan əl çəkəcəklər və onlar sınağa məruz qalmayacaqlar?
Sabirə Dünyamalıyeva:
İnsanlar, sınanmadan, "İman etdik" deməklə, buraxılacaqlarını güman edirlər?