Səcdə Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi (olan Allah) nazil etmişdir.
Bünyadov-Məmmədəliyev:
Kitabın (Quranın) aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk-şübhə yoxdur!
Elmir Quliyev :
Это Писание, в котором нет сомнения, ниспослано Господом миров.
Ələddin Sultanov:
Barəsində heç bir şübhə olmayan bu Kitab aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
Kerbelayi Malik ağa:
Haqqında şübhə olmayan Kitabın nazil edilməsi aləmlərin Rəbbi tərəfindəndir.
Ələsgər Musayev:
Kitabın nazil edilməsi, hansı ki, onda şübhə yoxdur, aləmlərin Rəbbi tərəfindəndir.
A.Mehdiyev və D.Cəfərli:
Bu kitabın aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk şübhə yoxdur.
Kövsər Tağıyev:
Haqqında heç bir şübhə olmayan bu Kitabın endirilməsi aləmlərin Rəbbi tərəfindəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Heç bir şəkk-şübhə olmayan Kitabın [Quranın] nazil edilməsi aləmlərin Rəbbi tərəfindəndir.
Sabirə Dünyamalıyeva:
Özündə şübhə olmayan bu kitabın nazil edilməsi aləmlərin Rəbbindəndir.