Səba Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, Rəhmlidir, Bağışlayandır.
Bünyadov-Məmmədəliyev:
Yerə daxil olanı da, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da O bilir. (Allahdan heç gizli qalmaz). O, rəhm edəndir, bağışlayandır!
Elmir Quliyev :
Он знает то, что проникает в землю, и то, что выходит из нее, и то, что нисходит с неба, и то, что восходит к нему. Он Милосердный, Прощающий.
Ələddin Sultanov:
Allah yerə girəni də, oradan çıxanı da, göydən enəni də, ora yüksələni bilir. O mərhəmətlidir, bağışlayandır.
Kerbelayi Malik ağa:
(Allah) yerə daxil olanı ondan çıxanı, səmadan enəni oraya yüksələni bilir. O, Rəhimdir, Ğafurdur.
Ələsgər Musayev:
O bilir daxil olur ərzə xaric olur ondan ki, nazildir səmadan qalxır ora. O Rəhimdir, Ğəfurdur!
A.Mehdiyev və D.Cəfərli:
Yerə daxil olanı (sular, ölülər, xəzinələr, köklər heyvanlar) yerdən çıxanı (heyvanlar, bitkilər, bulaqlar mədənlər) göydən nazil olanı (mələklər, səmavi kitablar, İlahi qəzavü-qədərlər, planetlərin nuru, şimşək yağışlar) göyə qalxanı (mələklər, bəndələrin əməlləri, bəzi cinlər bəzi insanların ruhları) hamısını bilir. O, rəhm edən bağışlayandır.
Kövsər Tağıyev:
Allah yerə girəni, yerdən çıxanı, göydən enəni oraya yüksələni bilir. O, çox mərhəmət edəndir, çox bağışlayandır.
M.Qənioğlu və T.Bilaloğlu:
O, nəyin yerə girdiyini nəyin oradan çıxdığını, nəyin səmadan endiyini nəyin oraya qalxdığını bilir. O, rəhmlidir, bağışlayandır.
Sabirə Dünyamalıyeva:
Allah, yerə girəni oradan çıxanı da, göydən düşəni ora qalxanı da bilir. O, geniş mərhəmət sahibidir, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan çox bağışlayandır.