Zümər Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Kitabı sənə bir həqiqət kimi nazil etmişik. Sən də, dinin yalnız Allaha məxsus olduğuna (imangətirərək), Ona ibadət et!
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona şərik qoşma. Allaha ixlasla tapın!)
Elmir Quliyev :
Мы ниспослали тебе Писание с истиной. Поклоняйся же Аллаху, очищая перед Ним веру.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən dini Allaha məxsus edərək ixlasla Ona ibadət et!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz bu Kitabı sənə haqq ilə endirdik. Elə isə dini Ona xalis edərək Allaha qul ol!
Ələsgər Musayev:
Biz nazil etdik kitabı sənə haqq ilə ibadət et Allaha dinini məxlus Onun üçün edərək.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən bu kitabı sənə haqq olaraq (uca ağıla müvafiq hədəflə) nazil etdik. Buna görə Allaha, etiqad itaətini Onun üçün xalisləşdirmiş halda ibadət et.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Şübhəsiz, biz o kitabı sənə haqq olaraq endirdik. Elə isə sən dini Allaha məxsus edərək ona ibadət et.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Khabı sizə haqq olaraq nazil etdik. Dini ancaq Allaha xas edərək, Ona ibadət et!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Biz bu kitabı sənə həqiqətlə nazil etdik. Elə isə, Dini yalnız Onun üçün pak tutaraq Allaha ibadət et.