Əlixan Musayev:
Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişməyin. Onların mallarını öz mallarınızla birlikdə yemə-yin. Şübhəsiz ki, bu, böyük günahdır.
Bünyadov-Məmmədəliyev:
Yetimlərin mallarını (həddi-buluğa çatdıqda) özlərinə verin və pisi (haramı) yaxşı ilə (halalla) dəyişdirməyin! (Yetimlərin malı sizə haram, öz malınız isə halal olduğu halda, onları bir-birilə dəyişməyin!) Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.
Elmir Quliyev
:
Отдавайте сиротам их имущество и не меняйте скверное на хорошее. Не пожирайте их имущества вместе со своим. Воистину, это — великий грех.
Ələddin Sultanov:
(Həddi-büluğa çatdıqları zaman) yetimlərə mallarını (geri) verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.
Kerbelayi Malik ağa:
Yetimlərə mallarını verin. Təmiz ilə (halal olan ilə) pis olanı (haram olanı) dəyişdirməyin. Onların mallarını öz mallarınıza (qarışdıraraq) yeməyin. Şübhəsiz ki, o böyük bir günahdır.
Ələsgər Musayev:
Əta edin yetimlərə mallarını
onların və dəyişməyin xəbisi pak ilə. Və yeməyin mallarını
onların mallarınızla qarışdıraraq. Həqiqətən, bu böyük
günahdır!
A.Mehdiyev və D.Cəfərli:
Və yetimlərin mallarını (onlar həddi-büluğa çatdıqdan sonra) özlərinə qaytarın. Murdar və haram (mal)ı (qiymət fərqinə görə) pak və halal (mal) ilə dəyişdirməyin (özünüzün pis malınızı onların qiymətli malları ilə dəyişdirməyin). Həmçinin onların mallarını öz mallarınıza qatıb yeməyin ki, həqiqətən bu, böyük günahdır.
Kövsər Tağıyev:
Yetimlərə mallarını verin. Təmizi pis olanla (halalı haramla) dəyişməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Çünki bu, böyük bir günahdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Yetimlərə öz mallarını verin, yaxşını pis ilə dəyişməyin, onların malını malınıza (qatıb) yeməyin! Axı bu, böyük günahdır!
Sabirə Dünyamalıyeva:
Və yetimlerinize mallarını verin. Təmizi pislə dəyişməyin. Onların mallarını öz mallarınızla birlikdə yeməyin. Bunu etmək həqiqətən böyük bir günahdır.