Qəmər Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar bir möcüzə gördükdə üz döndərib: “(Bu,) tez keçib-gedən bir sehrdir” deyirlər.
Bünyadov-Məmmədəliyev:
Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” deyərlər.
Elmir Quliyev :
Когда они видят знамение, то отворачиваются и говорят: "Это преходящее (или крепкое; или лживое) колдовство!"
Ələddin Sultanov:
Əgər onlar bir möcüzə görsələr, ondan üz çevirib: “Bu, davam edən bir sehrdir!” - deyərlər.
Kerbelayi Malik ağa:
Onlar bir möcüzə görsələr, üz döndərərlər. Bu ‘Davam edən bir sehrdir.’ deyərlər.
Ələsgər Musayev:
Əgər görsələr ayət, üz çevirirlər deyirlər: «Davam edən sehrdir!»
A.Mehdiyev və D.Cəfərli:
Onlar (müşriklər) bir əlamət möcüzə görəndə üzlərini döndərərək «(bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir» deyərlər.
Kövsər Tağıyev:
Onlar bir möcüzə görsələr, üz çevirərlər və: “Keçmişdən bəri davam edən bir sehrdir”, deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bir möcüzə görəndə üz döndərib deyirlər: "Bu, uzun-uzadı bir sehrbazlıqdır!"
Sabirə Dünyamalıyeva:
Onlar isə bir nişanə/işarət görsələr, dərhal üz döndərirlər "Uzanıb gedən bir sehrdir" deyirlər.