Ənam Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun dərgahında (Qiyamət günü üçün )bəlli bir əcəl vardır. (Bunu bildikdən) sonra siz yenə şübhə edirsiniz.
Bünyadov-Məmmədəliyev:
Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə şübhə edirsiniz!
Elmir Quliyev :
Он Тот, Кто сотворил вас из глины, а затем назначил срок для вашей смерти. У Него есть также назначенный срок для воскрешения, но после этого вы все еще сомневаетесь.
Ələddin Sultanov:
Sizi palçıqdan yaradıb sonra ölüm vaxtını təyin edən Odur. Onun dərgahında müəyyənləşdirilmiş bir vaxt (qiyamət gününün vaxtı) vardır. Sonra siz yenə şübhə edirsiniz.
Kerbelayi Malik ağa:
Sizi torpaqdan yaradan, sonra bir əcəl təyin edən Odur. Əcəli müsəmma (məkanı zamanı təyin olunmuş əcəl) Allahın dərgahındadır. Sonra da siz şübhə edirsiniz.
Ələsgər Musayev:
O - Odur ki, xəlq etdi sizi palçıqdan, sonra əcəl qərar verdi məlum olan əcəl Onun yanındadır. Sonra siz şübhə edirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət Onun yanındadır (şərti əcəli «məhv isbat» lövhəsində yazıb, qəti əcəl isə «Lövhi-Məhfuz»dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm hikməti müşahidə etdikdən sonra Allah ya Qiyamət barəsində) yenə şəkk edirsiniz.
Kövsər Tağıyev:
O elə bir Rəbdir ki, sizi palçıqdan yaratmış, sonra (hər birinizə) bir əcəl təyin etmişdir. (Qiyamətin qopması üçün) müəyyən edilmiş bir əcəl Onun qatındadır. Siz isə hələ şübhə edirsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizi palçıqdan yaradan, sonra isə əcəli [ömrün sonunu] təyin edən Odur. Allahın dərgahında məlum bir əcəl [qiyamət günü] vardır. Siz isə bundan sonra da şübhə edirsiniz!
Sabirə Dünyamalıyeva:
O, sizi bir palçıqdan yaratmış olandır. Sonra "müddətin axırını" gerçəkləşdirmişdir. müəyyən edilmiş müddətin sonu, Onun dərgahındadır. Sonra siz yenə şübhə edirsiniz.