Münafiqun Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar andlarını sipər edib (insanları) Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə pisdir!
Bünyadov-Məmmədəliyev:
Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə pisdir!
Elmir Quliyev :
Они сделали свои клятвы щитом и сбили других с пути Аллаха. Воистину, скверно то, что они совершают!
Ələddin Sultanov:
Onlar andlarını özlərinə sipər etdilər (insanları) Allahın yolundan döndərdilər. Onların əməlləri necə pisdir!
Kerbelayi Malik ağa:
Yəminlərini sipər etdilər, beləcə Allahın yolundan sapdılar (və sapdırdılar). Şübhəsiz ki, onların etmiş olduqları pis bir şeydir.
Ələsgər Musayev:
Onlar öz andlarını qalxan tutdular Allah yolundan sədd çəkdilər. Həqiqətən, pis oldu onların etdikləri əməllər!
A.Mehdiyev və D.Cəfərli:
Onlar öz andlarını sipər etmişlər, beləliklə Allahın yolundan üz döndərmiş camaatı da ondan (bu yoldan) saxlamışlar; doğrudan da etdikləri olduqca pisdir!
Kövsər Tağıyev:
Andlarını sipər etdilər, insanları Allahın yolundan yayındırdılar. Həqiqətən, onların etdikləri şey pisdir!
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar andlarını sipər etdilər (insanları) Allahın yolundan çıxartdılar. Onların etdikləri işlər necə pisdir!
Sabirə Dünyamalıyeva:
Onlar, andlarını [özlərinə] bir qalxan [sipər] edib Allah yolundan döndərdilər. Şübhəsiz ki, onlar, pis əməl işləyən kəslərdir.