Əlixan Musayev:
Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür.
Bünyadov-Məmmədəliyev:
Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah nə etdiklərinizi görəndir!
Elmir Quliyev
:
Он — Тот, Кто сотворил вас. Среди вас есть неверующие, и среди вас есть верующие. Аллах видит то, что вы совершаете.
Ələddin Sultanov:
Sizi yaradan Odur. Sizdən kafir olan da var, mömin olan da. Allah sizin etdiklərinizi görür.
Kerbelayi Malik ağa:
Sizi yaradan Odur. Buna baxmayaraq sizin bir qisminiz kafir və bir qisminiz mömindir. Allah etdiklərinizi ən yaxşı görəndir.
Ələsgər Musayev:
O
– Odur ki, xəlq etdi sizi. Sizdən kafir də var və sizdən inanan
da var. Allah nə ilə ki, əməldəsiniz, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Sizi yaradan Odur. Sizlərdən bəziniz kafir, bəzinizsə mömindir. Allah (həm ürəkdə, həm də əməldə) etdiyiniz hər bir işi görəndir.
Kövsər Tağıyev:
O, sizi yaradandır. Belə olduğu halda kiminiz kafir, kiminiz mömindir. Allah etdiklərinizi haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizi xəlq edən Odur. Sizlərdən kafiri də var, mömini də vardır. Allah nələr etdiyinizi görür!
Sabirə Dünyamalıyeva:
O, sizi əmələ gətirəndir. Kiminiz kafirsiniz [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərdənsiniz], kiminiz möminsiniz. Və Allah əməllərinizi ən yaxşı görəndir.