Əlixan Musayev:
Allah, andlarınızdan (kəffarə verməklə) azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Allah (halal bir şeyi özünüzə haram etmək barəsində içdiyiniz) andlarınızı (kəffarə verməklə) geri götürməyi vacib (qanuni) etmişdir. Allah sizin ixtiyar sahibinizdir. O (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev
:
Аллах установил для вас путь освобождения от ваших клятв. Аллах — ваш Покровитель. Он — Знающий, Мудрый.
Ələddin Sultanov:
Allah sizin (lazım gələndə kəffarə ilə) andlarınızı pozmağınıza icazə vermişdir. Allah sizin himayədarınızdır. O hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Allah (gərəksiz) andlarınızı (kəffarə ilə) həll etməyinizi sizə fərz qılmışdır. Allah sizin dostunuzdur və O, Alimdir, Hakimdir.
Ələsgər Musayev:
Əlbəttə,
fərz etdi Allah sizin üçün halal etmək andlarınızı. Allah sizin
Mövlanızdır və O Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah (belə yerlərdə) andlarınızı geri götürməyi sizin üçün qoymuş və caiz etmişdir (ki, əksini etsəniz kəffarə verəsiniz). Allah (dini və dünyəvi cəhətdən həmişə) sizin mövlanızdır (haminizdir) və O (hər şeyi) biləndir və hikmət sahibidir.
Kövsər Tağıyev:
Allah (lazım gəldikdə) andlarınızı pozmaq (və kəffarə ödəmək) barəsində sizə izin vermişdir. Allah sizin yardımçınızdır. O, haqqı ilə biləndir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah (kəffarə verməklə) andlarınızdan azad olmağı sizin üçün vacib etdi. Allah sizin himayəçinizdir. O, hər şeyi biləndir, hökm və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Allah, kəffarə verərək andlarınızı ləğv etməyi həqiqətən sizə caiz etmişdir. Və Allah sizin ixtiyar sahibiniz; yardımçı, yol göstərən, himayəçi yaxınınızdır. Və O, ən yaxşı bilən, ən yaxşı qanun qoyandır.