Əlixan Musayev:
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.
Bünyadov-Məmmədəliyev:
Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.
Elmir Quliyev
:
Кто сотворил смерть и жизнь, чтобы испытать вас и увидеть, чьи деяния окажутся лучше. Он — Могущественный, Прощающий.
Ələddin Sultanov:
O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır.
Kerbelayi Malik ağa:
‘Sizin hansınızın ən gözəl əməli işləyəcəyini’ sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Əzizdir, Ğafurdur.
Ələsgər Musayev:
Odur ki, xəlq etdi ölümü və həyatı, imtahan
etməsi üçün sizi, kim sizdən əməldə yaxşıdır və O Əzizdir,
Ğəfurdur!
A.Mehdiyev və D.Cəfərli:
Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır.
Kövsər Tağıyev:
O, hansınızın daha gözəl əməl işləyəcəyini sınamaq üçün ölümü və həyatı yaradandır. O, mütləq güc sahibidir, çox bağışlayandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Əməlcə hansınızın daha yaxşı olduğunu yoxlamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır.
Sabirə Dünyamalıyeva:
O, hansınızın əməldə daha yaxşı-gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaratdı. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır.