Əraf Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Bu,) (insanları) qorxutmaq möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın.
Bünyadov-Məmmədəliyev:
Bu, (kafirləri cəhənnəm əzabı ilə) qorxutmaq möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. (Ya Rəsulum!) Ondan (onun təbliğindən) ötrü ürəyində bir sıxıntı olmasın!
Elmir Quliyev :
Тебе ниспослано Писание, которое не должно сжимать твою грудь, дабы ты увещевал им и наставлял верующих.
Ələddin Sultanov:
(Bu, insanları) xəbərdar etmək möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Elə isə ondan ötrü (Quranı yalan sayarlar deyə) qəlbində bir sıxıntı olmasın!
Kerbelayi Malik ağa:
Sənə endirilən Kitab möminlər üçün bir zikrdir (öyüddür) onunla onları xəbərdar etməyin üçündür. Artıq ona görə sinəndə bir darlıq (sıxıntı) olmasın.
Ələsgər Musayev:
Kitab nazildir tərəfinə sənin olmasın ürəyində daralmaq ondan –nəzərə çatdırmağın üçün onunla yad etmə inananlar üçün!
A.Mehdiyev və D.Cəfərli:
(Bu Qur’an) sənə nazil edilmiş bir kitabdır (qədim zamanlardan Lövhi-Məhfuzda olan gələcəkdə, nəsli kəsilənədək bəşəriyyətin əli ilə yazılacaq bir yazıdır) buna görə sinəndə ondan («bu layiqli nemətin çatdırılmasını bacaracağam? Onun təqdim edilməsinə tələbat olacaqmı?» kimi) sıxıntı tərəddüd olmasın ki, onun vasitəsi ilə insanları qorxudasan o, möminlər üçün öyüd olsun.
Kövsər Tağıyev:
Bu, sənə onunla (insanları) xəbərdar edəsən deyə möminlərə öyüd olaraq endirilmiş bir kitabdır. Artıq ona görə qəlbində bir sıxıntı olmasın.
M.Qənioğlu və T.Bilaloğlu:
(Bu) sənə nazil olunmuş elə bir Kitabdır ki, sən onunla (insanları) xəbərdar edəsən o, möminlər üçün bir öyüd-nəsihət olsun. Ondan ürəyin sıxılmasın.
Sabirə Dünyamalıyeva:
Bu, xəbərdarlıq edəsən deyə inananlara öyüd/xatırlatma olsun deyə sənə nazil edilən; sənə nüfuz etdirilən Kitabdır. Ona görə, ondan köksündə heç bir sıxıntı olmasın.