İnsan Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən görən etdik.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.
Elmir Quliyev :
Мы создали человека из смешанной капли, подвергая его испытанию, и сделали его слышащим и зрячим.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən görən bir varlıq halına gətirdik.
Kerbelayi Malik ağa:
Şübhəsiz Biz insanı (iki hüceyrənin) birləşməsindən olan bir nütfədən yaratdıq. Onu imtahan edəcəyik. Bu səbəblə onu eşidən, görən (bir varlıq) etdik.
Ələsgər Musayev:
Həqiqətən, xəlq etdik insanı qarışıq nütfədən, imtahan edərək onu etdik onu eşidən, görən.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək. Nəhayət onu eşidən görən bir varlıq etdik.
Kövsər Tağıyev:
Şübhəsiz, biz insanı qarışıq bir sudan (mənidən) yaratdıq onu imtahan edəcəyik. Bu səbəblə onu eşidən görən olaraq yaratdıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz insanı qarışıq ünsürlərdən ibarət olan nütfədən xəlq etdik. Biz onu sınayacağıq. Bunun üçün onu eşidən, görən etdik.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Biz, insanı qarışıq bir nütfədən yaratdıq. Onu əziyyətə salacağıq/ona öhdəliklər qoyacağıq. Bu səbəblə onu çox yaxşı eşidən, çox yaxşı görən halda yaratdıq; yaxşını-pisi ayırmağa yarayan məlumatları göndərərək [onu] bilikləndirdik.