Tövbə Surəsi 2. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Elə isə yer üzündə dörd ay gəzib dolaşın bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz Allah kafirləri rüsvay edəcəkdir.
Bünyadov-Məmmədəliyev:
(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (dünyada axirətdə) rüsvay edəcəkdir!
Elmir Quliyev :
Посему странствуйте по земле в течение четырех месяцев и знайте, что вам (многобожникам) не сбежать от Аллаха и что Аллах опозорит неверующих.
Ələddin Sultanov:
(Ey müşriklər!) Yer üzündə dörd ay da gəzib dolaşın. Bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah kafirləri rəzil-rüsvay edəcəkdir.
Kerbelayi Malik ağa:
Artıq yer üzündə dörd ay gəzib dolaşın. Şübhəsiz ki, siz Allahı aciz qoya bilməyəcəyinizi Allahın kafirləri alçaldan olduğunu bilin.
Ələsgər Musayev:
Ərzdə dörd şəhr gəzin bilin ki, həqiqətən, Allahı aciz edə bilməzsiniz həqiqətən, Allah kafirləri rüsvay edər!
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, (ey müşriklər, bu nifrət bildirişinin elan olunmasından sonra) dörd ay yer üzündə (azad) gəzin bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Onun çəngindən yaxanızı qurtara bilməzsiniz) Allah kafirləri xar edəndir.
Kövsər Tağıyev:
Yer üzündə dörd ay daha gəzib-dolaşın. Bunu bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah isə inkarçıları rüsvay edəcəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
(Ey müşriklər,) yer üzündə dörd ay asudə gəzib dolanın bilin ki, siz Allahı zəiflədə bilməzsiniz. Allah isə kafirləri rüsvay edəcəkdir!
Sabirə Dünyamalıyeva:
Yer üzündə dörd ay rahat gəzin. bilin ki, həqiqətən siz Allahı aciz qoya bilməzsiniz həqiqətən Allah kafirləri [Özünün məbud rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] rüsvay edəcəkdir.