Əlixan Musayev:
Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onlar onu çox qiymətləndirmədilər.
Bünyadov-Məmmədəliyev:
(Yusifi təqib edən qardaşları işin nə yerdə olduğunu bildikdə: “Bu bizim qaçmış köləmizdir! – deyə) onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar və (bu işdə pul qazanmaq deyil, yalnız Yusifdən xilas olmaq, onu atası Yəqubdan ayırmaq məqsədini güddükləri üçün qardaşlarını baha məbləğə satmağa) tamah göstərmədilər.
Elmir Quliyev
:
Они (братья Йусуфа) продали его за ничтожную цену — всего за несколько дирхемов. Они не высоко оценили его.
Ələddin Sultanov:
(Karvan Misirə çatdıqdan sonra) Onlar Yusifə dəyər verməyərək onu ucuz qiymətə - bir neçə dirhəmə satdılar.
Kerbelayi Malik ağa:
Onu (Yusifi) az bir qiymətlə bir neçə dirhəmə satdılar. Çünki, ona qarşı zahidlərdən idilər (ona qiymət, dəyər vermədilər).
Ələsgər Musayev:
Onu az qiymətə – bir neçə dirhəmə satdılar və o
qiymətə razı oldular.
A.Mehdiyev və D.Cəfərli:
Onu ucuz bir qiymətə, bir neçə dirhəmə satdılar (qardaşları məlumat üçün gəldikdə, onu qaçmış qul adı ilə karvandakılara və onlar da onu mərkəzə apararaq Misirin valisinə satdılar). (Qardaşlar rüsvay olmaq qorxusundan, karvandakılar isə onda azad insan əlamətləri olduğu üçün) ona rəğbətsiz idilər.
Kövsər Tağıyev:
Onu ucuz bir qiymətə, bir neçə dirhəmə satdılar. Onsuz da ona dəyər vermirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar onu ucuz qiymətə - bir neçə dirhəmə satdılar, çünki onların onda gözü yox idi.
Sabirə Dünyamalıyeva:
Və onu aşağı qiymətə; bir neçə gümüş pula satdılar. Onlar Yusifin satılmasında aza qane olanlardan idilər.