Əlixan Musayev:
Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Çünki) onlar özləri yaradılmışlar.
Bünyadov-Məmmədəliyev:
(Müşriklərin) Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri (daşdan, ağacdan və sairədən) yaradılmışlar.
Elmir Quliyev
:
А те, к кому они обращаются с молитвами вместо Аллаха, не могут ничего сотворить, тогда как сами они были сотворены.
Ələddin Sultanov:
Allahı qoyub ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər. Axı onlar özləri yaradılmışlar.
Kerbelayi Malik ağa:
Allahdan başqasına dua etdikləriniz bir şey yarada bilməzlər. Onlar özləri yaradılmışlar.
Ələsgər Musayev:
O kəsləri ki,
Allahdan başqa çağırırlar, onlar bir şey xəlq edə bilməzlər və
özləri xəlq olunublar.
A.Mehdiyev və D.Cəfərli:
Onların Allahın yerinə çağırdıqları kəslər bir şey yaratmırlar və onların özləri yaradılırlar.
Kövsər Tağıyev:
Allahı buraxıb tapındıqları şeylər (özləri) məxluq olduqlarına görə heç bir şey yarada bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
AIIahdan başqa ibadət etdikləri [bütlər] heç bir şey yaratmırlar. Axı onlar özləri yaradılmışlar.
Sabirə Dünyamalıyeva:
Və onların, Allahın altındakılardan yalvardıqları şeylər hər hansı bir şey əmələ gətirə bilməzlər, özləri yaradılmışdır,