Kəhf Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. (Onda) siz heç vaxt nicat tapa bilməzsiniz!”
Bünyadov-Məmmədəliyev:
Doğrusu, onlar sizi ələ keçirsələr ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə, siz (nə dünyada, axirətdə) nicat tapa bilməzsiniz!”
Elmir Quliyev :
Если они узнают о вас, то побьют вас камнями или обратят вас в свою религию, и тогда вы никогда не преуспеете.
Ələddin Sultanov:
Əgər onlar sizi ələ keçirsələr, ya sizi daşqalaq edib öldürəcək, ya da dinlərinə geri qaytaracaqlar. O zaman əsla nicat tapa bilməyəcəksiniz!” (Təfsirçilərə görə, şəhərə göndərilən şəxs əlindəki pulu xərcləmək üçün çıxardığı zaman şəhər əhalisi pulun üstündə qədim hökmdar Dekyanosun şəklini gürüb onun bir xəzinə tapdığını zənn etmiş onu hökmdarın hüzuruna aparmışdılar. Mağaradakı adamlar yuxuda ikən aradan uzun illər keçmiş yeni hökmdar da tövhid dinini mənimsəmişdi. Həmin şəxs hökmdara başlarına gələnləri danışmış hamısı birlikdə mağaraya gedərək bunun həqiqət olduğuna şahid olmuşdular. Yenidən dirilmənin mümkün olduğunu sübut edən bu hadisədən sonra Allah-Təala həmin gənclərin canlarını almışdır.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar əgər sizə qarşı qalib gələrlərsə, sizi daşqalaq edərlər ya sizi öz dinlərinə qaytararlar. O zaman əsla əbədi olaraq qurtuluşa çata bilməzsiniz.
Ələsgər Musayev:
Həqiqətən, onlar, əgər sizi aşkar etsələr, üstünüzə gələrək sizi daşa basarlar, ya da sizi öz millətlərinə döndərərlər onda siz əbədi olaraq nicat tapa bilməzsiniz!»
A.Mehdiyev və D.Cəfərli:
«Şübhəsiz, əgər onlar sizin vəziyyətinizdən xəbərdar olsalar sizi ələ keçirsələr, sizi daşqalaq edəcək, yaxud (necə olur-olsun) öz dinlərinə qaytaracaqlar onda əsla nicat tapmayacaqsınız».
Kövsər Tağıyev:
“Çünki onlar sizi ələ keçirsələr, ya daşqalaq edərək öldürər, ya da öz dinlərinə döndərərlər. Elə olarsa, əsla bir daha nicat tapa bilməzsiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar sizi aşkar etsələr, ya daşqalaq edər, ya da sizi özlərinin dininə qaytararlar siz əsla yaxa qurtara bilməzsiniz."
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, şəhər xalqı, sizə qalib gəlsə sizi daşqalaq edərək öldürəcək ya sizi öz dinlərinə/həyat tərzlərinə qaytaracaqlar. O zaman da siz, əbədi olaraq qətiyyən qurtuluşa nail olmayacaqsınız."