Məryəm Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Məryəm) dedi: “Mənə bir insan toxunmadığı özüm zinakar olmadığım halda, necə mənim övladım ola bilər?”
Bünyadov-Məmmədəliyev:
(Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!”
Elmir Quliyev :
Она сказала: "Как у меня может быть мальчик, если меня не касался мужчина, и я не была блудницей?"
Ələddin Sultanov:
Məryəm: “Mənə bir insan toxunmadığı iffətsiz olmadığım halda necə uşağım ola bilər?!” - dedi.
Kerbelayi Malik ağa:
(Hz. Məryəm dedi ki): ‘Mənə bir bəşər toxunmadı. Mənim necə bir oğlum ola bilər? Mən zinakar olmadım.’
Ələsgər Musayev:
Dedi: «Necə mənim üçün oğlan ola bilər, bir halda ki, mənə toxunmayıb bəşər mən pis əməl etməmişəm».
A.Mehdiyev və D.Cəfərli:
Dedi: Mənə bir bəşərin toxunmadığı heç vaxt pis əməl sahibi olmadığım halda mənim necə oğlum ola bilər?
Kövsər Tağıyev:
Məryəm: “Mənə heç bir insan toxumadığı iffətsiz bir qadın olmadığım halda mənim necə övladım ola bilər?” dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Məryəm dedi: “Axı mənə bir insan əli toxunmadığı özüm pozğun olmadığım halda, mənim necə uşağım ola bilər?
Sabirə Dünyamalıyeva:
Mǝryǝm: "Mənim necə oğlum ola bilər? Mənə heç bir bəşər toxunmamışdır. Mən qanun tanımayan/iffətsiz biri deyiləm" dedi.