Ənkəbut Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Yer üzünü gəzib dolaşın (Allahın) məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Yer üzünü gəzib (Allahın) məxluqatı (ilk əvvəldən) cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. (Birinci yaradılışdan sonra ikinci yaradılış gələcəkdir). Allah hər şeyə qadirdir!
Elmir Quliyev :
Скажи: "Постранствуйте по земле и посмотрите, как Он создал творение в первый раз. Затем Аллах создаст конечное творение (воскресит мертвых). Воистину, Аллах способен на всё.
Ələddin Sultanov:
De: “Yer üzündə gəzib dolaşın Allahın ilk dəfə necə yaratdığına bir baxın! Sonra Allah axirətdə belə yaradacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
’Yer üzündə gəzib dolaşın beləcə ilk yaradılışın necə olduğunu baxıb görün. Sonra Allah axirətin yaradılışını inşa edəcək (reallaşdıracaq). Şübhəsiz ki, Allah hər şeyə qadirdir.’ de.
Ələsgər Musayev:
De: «Seyr edin ərzdə nəzər salın necə başlayır xəlqə. Sonra Allah inşa edər axirət inşaatını. Həqiqətən, Allah üzərində külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) De: «Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir».
Kövsər Tağıyev:
De ki: “Yer üzündə gəzib dolaşın, Allahın yaratmanı necə başlatdığını görün. Sonra Allah onu təkrar edəcək. (Qiyamətdən sonra hər şeyi yenidən yaradacaq.) Həqiqətən, Allah hər şeyə haqqı ilə qadirdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Yer üzünü gəzib dolaşın Onun varlıqları ilk olaraq necə yaratdığını görün. Sonra Allah son yaradılışı [axirəti] yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
De ki: "Yer üzünü gəzib-dolaşın, Onun əmələ gətirməyə necə başladığına bir baxın. Sonra Allah, axırıncı binanı inşa edəcək. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.