Ali-İmran Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə savadsızlara isə de: “Siz təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (bil ki), sənin öhdənə düşən ancaq (haqqı) təbliğ etməkdir. Allah qullarını görür.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Əgər onlar (yəhudi xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə savadsızlara (ərəb müşriklərinə) de: “Siz təslim (müsəlman) oldunuzmu?” Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı) təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!
Elmir Quliyev :
Если они станут препираться с тобой, то скажи: подчинил свой лик Аллаху вместе с теми, кто последовал за мной". Скажи тем, кому даровано Писание, а также необразованным людям: "Обратились ли вы в ислам?" Если они обратятся в ислам, то последуют прямым путем. Если же они отвернутся, то ведь на тебя возложена только передача откровения. Аллах видит рабов.
Ələddin Sultanov:
Əgər səninlə mübahisə edərlərsə, de ki: “Mənə tabe olanlarla birlikdə mən özümü Allaha təslim etmişəm”. Kitab verilmiş kimsələrə ümmilərə (müşrik ərəblərə) belə de: “Siz (Allaha) təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah bəndələrini görəndir.
Kerbelayi Malik ağa:
Bundan sonra əgər səninlə mübahisə etsələr, o zaman onlara de ki: ‘Mən mənə tabe olanlar vəchimizi (fizik bədənimizi) Allaha təslim etdik.’ O kitab verilənlərə ümmilərə: ‘Siz vəchinizi (fizik bədəninizi Allaha) təslim etdinizmi?’ de. Əgər təslim etdilərsə, o təqdirdə hidayətə ərmişlər. Əgər üz çevirsələr, o zaman sənin üzərinə düşən yalnız təbliğdir. Allah qullarını ən yaxşı görəndir.
Ələsgər Musayev:
əgər höccət edərlərsə səninlə onda de: «Mən təslim etdim vəchimi Allah üçün kim ki, mənə tabedir» de o kəslər üçün ki, əta olunub kitab ümmilərə: «Ə, siz təslim oldunuzmu?» Əgər təslim olsalar, fəqət hidayət taparlar. əgər üz döndərsələr, onda sənin üzərində olan ancaq təbliğdir Allah Bəsirdir bəndələrilə!
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, ?g?r s?ninl? mubahis? ed?r?k hoc?tl?ss?l?r de: «M?n vucudumu Allaha t?slim etmis?m v? h?mcinin, m?n? tabe olanlar (da ozl?rini t?slim edibl?r)!» V? (s?mavi) kitab verilmis k?sl?r? v? savads?zlara (kitabs?z musrikl?r?) de: «Islam? q?bul etmisiniz?» Bel?likl?, ?g?r Islam? q?bul ets?l?r mutl?q hiday?t olunublar v? ?g?r arxa cevirs?l?r, onda s?nin v?zif?n (oz vaxt? olan vurusma v? ya Allaha aid olan c?zaland?rma deyil) yaln?z (peyg?mb?rliyi v? ondan dogan v?zif?l?ri) catd?rmaqd?r. Allah Oz b?nd?l?rini gor?ndir.
Kövsər Tağıyev:
Səninlə mübahisə etsələr, de ki: “Mən mənə tabe olanlarla birlikdə özümü Allaha təslim etdim”. Kitab verilənlərə ümmilərə de ki: “Siz İslamı qəbul etdinizmi?” Əgər İslamı qəbul etsələr, hidayətə çatarlar. Yox, əgər üz döndərsələr, sənin öhdənə düşən sadəcə təbliğ etməkdir. Allah qullarını haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Səninlə mübahisəyə girişsələr, belə de: “Mən özümü ardımca gələnlərlə birgə Allaha təslim etdim." Kitab bəxş olunanlara ümmilərə [oxumaq-yazmaq bilməyənlərə] de: “Siz təslim oldunuzmu [islama girdinizmi]?” Əgər təslim olarlarsa, onda düz yola çıxmış olarlar. Yox əgər üz döndərsələr, onda sənin üzərinə ancaq bəyan etmək (düşür). Allah bəndələrini görür.
Sabirə Dünyamalıyeva:
Buna baxmayaraq əgər səninlə mübahisə etsələr ki: "Mən bütün varlığımı Allah üçün islamlaşdırdım/mən müsəlman oldum. Mənə tabe olanlar da müsəlman oldular." Kitab verilmiş kəslərə şəhərlilərə de ki: "Siz möhkəmləndirdinizmi/islamı qəbul etdinizmi?" Əgər möhkəmləndirsələr/islama daxil olsalar, yönləndirildikləri doğru yola çatmış olarlar. əgər arxa çevirsələr, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah, bəndələrini ən yaxşı görəndir.