Rum Surəsi 20. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allahın) sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir insan kimi (yer üzünə) yayıldınız.
Bünyadov-Məmmədəliyev:
Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir.
Elmir Quliyev :
Среди Его знамений то, что Он сотворил вас из земли. После этого вы стали родом человеческим и расселяетесь.
Ələddin Sultanov:
Sizi torpaqdan yaratması da Onun (varlığının) dəlillərindəndir. Sonra siz bir bəşər olaraq yer üzünə yayıldınız.
Kerbelayi Malik ağa:
Onun ayələrindəndir (möcüzələrindəndir) ki, sizi torpaqdan yaratdı. Sonra siz insan halına gəldiyiniz zaman (çoxalıb yer üzündə) yayılırsınız.
Ələsgər Musayev:
Onun ayətindəndir ki, xəlq etdi sizi torpaqdan. Sonra onda ki, siz bəşərsiniz, hər tərəfə yayılarsınız.
A.Mehdiyev və D.Cəfərli:
(Sizin ilk baba nənənizi vasitəsiz olaraq), sizi (bir neçə vasitə ilə) torpaqdan yaratması, sonra da sizin (saysız-hesabsız) bir bəşər (dəstəsi) olub daim (yer üzünə) yayılmağınız Onun (tovhid qüdrət) nişanələrindəndir.
Kövsər Tağıyev:
Sizi torpaqdan yaratması Onun (varlığının qüdrətinin) dəlillərindəndir. Sonra bir gördünüz ki, siz bəşər olmub (çoxalıb) yayılırsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
AIIahın sizi torpaqdan xəlq etməsi, sonra isə sizin (yer üzünə) yayılmış insanlar olmağınız Onun dəlillərindəndir.
Sabirə Dünyamalıyeva:
Onun sizi bir torpaqdan əmələ gətirməsi Onun əlamətlərindən/işarətlərindəndir. Daha sonra siz, indi, [yer üzünə] yayılıb səpələnən insanlar oldunuz.