Əlixan Musayev:
Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir.
Bünyadov-Məmmədəliyev:
Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: “Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!” – deyiləcəkdir.
Elmir Quliyev
:
А пристанищем нечестивцев будет Огонь. Всякий раз, когда они захотят выйти оттуда, их вернут туда, и им будет сказано: "Вкусите мучения в Огне, которые вы считали ложью!"
Ələddin Sultanov:
Fasiqlərə gəldikdə isə, onların qalacaqları yer cəhənnəmdir. Onlar hər dəfə oradan çıxmaq istədikdə, ora qaytarılacaqlar və onlara: “Yalanladığınız cəhənnəm əzabını dadın!” - deyiləcəkdir.
Kerbelayi Malik ağa:
Lakin fasiq olanların məskəni atəşdir. Oradan hər çıxmaq istədikləri zaman oraya döndərilirlər. Onlara deyilir: ‘Atəşin əzabını dadın! Siz onu yalanlamışdınız.’
Ələsgər Musayev:
Amma o kəslər ki, fasiqdirlər, onların
yerləri oddur. Külli nə ki, istəyələr ki, xaric olalar ondan, onları
qaytararlar ora və deyilər onlar üçün: «Dadın od əzabını ki, onu
yalan sayırdınız!»
A.Mehdiyev və D.Cəfərli:
Fasiqlərə gəldikdə isə olanların məskəni (cəhənnəm) odudur, hər zaman oradan çıxmaq istəsələr (qapılara və ya divarlara yaxınlaşsalar) oraya qaytarılarlar və onlara deyilər: «Dadın təkzib və inkar etdiyiniz odun əzabını!»
Kövsər Tağıyev:
Fasiqlik edənlərə gəlincə onların sığınacağı yer cəhənnəm odudur. Onlar hər dəfə oradan çıxmaq istədikdə oraya qaytarılar və onlara: “Yalan saydığınız atəşin əzabını dadın!” – deyilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoldan çıxanların düşəcəkləri yer isə cəhənnəm odudur, hər dəfə onlar oradan çıxmaq istəyəndə yenidən onun içərisinə qaytarılacaqlar və onlara: "Yalan hesab etdiyiniz odun əzabını dadın!" - deyiləcəkdir.
Sabirə Dünyamalıyeva:
Və yoldan çıxanlara gəldikdə, onların gedəcəkləri yer Atəşdir. Hər dəfə çıxmaq istədikdə, yenə ora qaytarılacaqlar