Əlixan Musayev:
Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.
Bünyadov-Məmmədəliyev:
Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və (haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Davud çox müşkül məsələləri asanlıqla həll edər, ədalətli hökm çıxarardı).
Elmir Quliyev
:
Мы укрепили его власть и даровали ему мудрость и решающее слово.
Ələddin Sultanov:
Biz onun hökmranlığını möhkəmləndirdik. Ona hikmət və gözəl danışıq qabiliyyəti verdik.
Kerbelayi Malik ağa:
Onun mülkünü (idarəsini) gücləndirdik. Ona hikmət və haqq ilə batili ayırıb ədalətlə hökm etmək qabiliyyəti verdik.
Ələsgər Musayev:
Müəyyən vaxta qədər onlardan üz çevir
A.Mehdiyev və D.Cəfərli:
Və onun hökmranlığını (say və gücünün çoxluğu ilə) qüvvətləndirdik və ona hikmət (əqli və ictimai elmlər, dini şəriətlər) və (haqq ilə batili bir-birindən) ayıran kəlamlar əta etdik.
Kövsər Tağıyev:
Dağları Davudun əmrinə verdik ki, onunla birlikdə səhər-axşam təsbih etsinlər. Onların hər biri Allaha yönələnlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onun mülkünü də möhkəmləndirdik, ona hikmət və deyilən sözlərdə düzü əyridən ayırd etmək qabiliyyəti verdik.
Sabirə Dünyamalıyeva:
Biz, onun mülkünü də möhkəmləndirdik. Və ona qanunu, haqqı batildən ayıran sözü söyləmək imkanını verdik.